Rusiya ilə Azərbaycan arasında müttəfiqlik Cənubi Qafqazda təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunda bildirilir.
"Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Səsvermənin nəticələri Azərbaycanın qarşısında xidmətlərinizin təsdiqinin, əhalinin rifahının yüksəlməsinə, beynəlxalq aləmdə ölkənin nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş kursunuza birmənalı dəstəyin əyani sübutudur.
Rusiya ilə Azərbaycan arasında geniş əməkdaşlığın inkişafına Sizin şəxsi töhfəniz çox böyük əhəmiyyət kəsb edir. Əminəm ki, müttəfiqlik qarşılıqlı əlaqələrinin gələcəkdə də hərtərəfli genişləndirilməsi xalqlarımızın maraqlarına cavab verir, Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.
Hörmətli İlham Heydər oğlu, Sizə yeni uğurlar, Azərbaycan vətəndaşlarına isə əmin-amanlıq və firavanlıq arzu edirəm", - təbrikdə deyilir.