Rusiyanın Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasından çıxması hələlik müzakirə olunmayıb, lakin məsələ ortadadır. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. 

"Məsələ hələ müzakirə olunmayıb, amma havada asılı qalıb. Müttəfiqlərimiz bizi izləyəcəklərmi? Bu başqa sualdır və burada təbii ki, onların mövqeyi tam nəzərə alınmalıdır", - nazir Dövlət Dumasında deyib.

Ağarza Elçinoğlu