Moskva israrla Bakı və İrəvanı təmkin nümayiş etdirməyə, vəziyyətin deeskalasiyası üçün addımlar atmağa və vəziyyətin daha da pisləşməsinə səbəb ola biləcək hər hansı addımdan çəkinməyə çağırır. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. 

Onun sözlərinə görə, bütün yaranan məsələlər müstəsna olaraq dinc, siyasi-diplomatik vasitələrlə həll edilməlidir: "Baş verənlər bir daha təsdiqləyir ki, Azərbaycan və Ermənistan 2020-2022-ci illərdə ən yüksək səviyyədə əldə olunmuş üçtərəfli razılaşmaların icrasına qayıtmalıdırlar. Əminik ki, ərazi mübahisələri Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində həll edilməlidir. Biz bu prosesə məsləhət dəstəyi verməyə hazırıq". 

Ağarza Elçinoğlu