“Fars əyalətində qaz xəttində baş verən partlayış terror hücumu idi”.

"Unikal" xəbər verir ki, bunu İranın neft naziri Cavad Ouci bu gün səhər saatlarında Fars əyalətinin üç bölgəsində qaz xətləri şəbəkəsində baş verən partlayışlar barədə açıqlamasında deyib. 

“Ölkəmizin neft-qaz kəmərlərində təxribat baş verərsə, biz müdaxilə etməyə hazırıq. Hələlik hücuma görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib”, - deyə, nazir əlavə edib.