Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev İrəvana səfər edəcək.

"Unikal" xəbər verir ki, bunu çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Hazırda o, Bakıdadır, azərbaycanlı tərəfdaşları ilə, o cümlədən sülh müqaviləsi mövzusunda əlaqələri planlaşdırıb. Biz ondan irəli gəlirik ki, o, regiona səfərini davam etdirəcək və yaxın vaxtlarda İrəvana səfər edə biləcək, - deyə o bildirib.

Zaxarova ümid edir ki, tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının təfərrüatlarını dostcasına müzakirə edəcəklər ki, “bütün təmaslar nizamlanmanın xeyrinə həyata keçiriləcək”.