Rusiya prezidenti Vladimir Putinin martın ortalarında Rusiyada keçiriləcək seçkilərdən əvvəl Türkiyəyə səfər edəcəyi ilə bağlı Kreml açqıalama verib.
"Unikal"
xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri üçün dəqiq tarix müəyyən edilməyib və Rusiya mətbuatında bunun fevralın ortaları ola biləcəyi ilə bağlı xəbərlər yayılıb.

Daha sonra səfərlə bağlı Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, tarix martda Rusiyada keçiriləcək prezident seçkiləri və prezident Rəcəb Tayyib Ərdoğanın sıx iş qrafiki nəzərə alınaraq müəyyən ediləcək.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Öncü Keçeli bu gün mətbuat mənsubları ilə görüşüb. 

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə təxirə salınmış səfəri ilə bağlı sualı cavablandıran Keçəli, "Təxirə salınma sözü işlədilir, lakin heç vaxt rəsmi olaraq səfər tarixi açıqlanmayıb. Ona görə də müəyyən mənada "təxirə salınma" sözü düzgün deyil. Putinin ölkəmizə səfəri hər vaxt gündəmdədir, bu gün də gündəmdədir. Prezidentimizin təqviminə nə vaxt salınsa, harada görüş keçiriləcəksə, o iclası o gün Prezidentliyimiz elan edəcək" deyə bildirib.