Böyük Britaniya və ABŞ silahlı qüvvələri Yəməndə üsyançı husilərin “Ənsar Allah” hərəkatının hədəflərinə yenidən zərbələr endirib.
"Unikal" xəbər verir ki, bu barədə hərəkatın nəzarətində olan “Əl-Masirah” telekanalı məlumat yayıb.
Məlumata görə, Əl-Hodeyda əyalətinin Beyt əl-Fəqih şəhərinin ətrafı hücuma məruz qalıb.
Hücumun nəticələri barədə məlumat verilmir.