Moskvanın mərkəzindəki Plyuşşixa küçəsində atışma baş verib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, vətəndaşlar arasında münaqişə baş verib, bu zaman iştirakçılardan biri travmatik tapança ilə digərinə bir neçə dəfə atəş açıb. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Atəş açanın şəxsiyyəti müəyyən edilib.