İndoneziya hakimiyyəti bu gündən etibarən Bali adalarına gələn xarici turistlərdən 10 dollar məbləğində əlavə rüsum alacaq.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, məbləğ Baliyə çatdıqdan sonra və ya səyahət etməzdən əvvəl ödənilməlidir.

Bu, diplomatik və ya tələbə vizası sahibləri, habelə rəsmi nümayəndə heyətlərinin nümayəndələri istisna olmaqla, hər kəsə aiddir. Bundan əlavə, İndoneziya vətəndaşları və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına daxil olan ölkələr rüsum ödəməyəcəklər.

Vəsaitlər adanın mədəniyyətini və təbiətini qorumaq təşəbbüslərinə xərclənəcək. Proqrama manqrovların və mərcan riflərinin bərpası layihələri də daxildir.