Ötən gün ailə üzvlərini amansızcasına qətlə yetirən Əhməd Əhmədovun 10 il əvvəl 18 bıçaq zərbəsi vurduğu idmançının anası "Gəl, danış" verilişində açıqlama verib.
"Unikal"ın məlumatına görə, Aynur adlı xanım oğlu Ramin Cəfərovun uğurlarına Əhmədin paxıllıq etdiyini bildirib.
Raminin anasının sözlərinə görə, vaxtilə onun bu cinayəti ört-basdır edilib. O, oğlunun sağaldığını, ancaq idmançı kimi karyerasını davam etdirə bilmədiyini deyib.