İngiltərənin “Euromonitor” tədqiqat şirkəti dünyanın ən yaxşı 100 şəhərinin siyahısını dərc edib.

"Unikal" xəbər verir ki, həmin siyahıya daxil olan şəhərlər nəzərdən keçirilərkən iqtisadi, ticarət və turizm göstəriciləri olmaqla 55 müxtəlif meyar nəzərə alınıb.

Ən yaxşı 100 şəhər siyahısına Türkiyədən də 3 şəhər daxildir.

İstanbul 23-cü, Antalya 57-ci, Bodrum 93-cü yerdədir.

İlk beşliyə Paris başçılıq edir. İkinci yerdə Dubay, üçüncü yerdə Madrid, növbəti yerdə isə Tokio və Amsterdam qərarlaşıb.