"Almaniyanın keçmiş kansleri və Fransanın keçmiş prezidenti etiraf etdilər və birbaşa açıq şəkildə bildirdilər ki, bizim bu Minsk razılaşmalarımızı yerinə yetirmək niyyətində deyillər. Sadəcə olaraq, Ukrayna rejimini əlavə silahlarla gücləndirmək üçün vaxt qazanırdılar. Hansı ki, onlar uğurla həyata keçiriblər".

"Unikal" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. 
O, bildirib ki, təəssüf edə biləcəyimiz yeganə şey odur ki, biz layiqli insanlarla ünsiyyətdə olduğumuza inanaraq aktiv fəaliyyətimizə əvvəllər başlamamışıq.