Fevralın 15-də millət vəkili Novruz Aslanov İsmayıllı rayon seçiciləri ilə növbəti onlayn qəbulunu keçirib.

"Unikal" xəbər verir ki, videoformatda keçirilən qəbul millət vəkilinin İsmayıllı rayonunda yerləşən ofisində seçicilərlə canlı görüntü vasitəsilə baş tutub.

Belə ki, ofisdə bu videoformat üçün bütün lazımi şərait yaradılıb. Müraciətlər qeydiyyata alınıb, sakinləri maraqlandıran məsələlərə dair müzakirələr aparılıb. Sosial müdafiə sahəsinə aid olan məsələlər barədə müraciət edən sakinlərə müvafiq prosedurlar barədə məlumatlar verilib, problemlərin araşdırılaraq həlli üçün aidiyyəti qurumlara müraciətin ediləcəyi bildirilib. Şəxsi məişət problemləri, işlə təminat və digər məsələlər də müraciətlər sırasında olub. Ehtiyacı olan ailələrə müvafiq humanitar yardımların edilməsi nəzərdə tutulub.