Müxtəlif xəstəliklərə faydaları ilə tanınan zoğal tərkibindəki C vitamini sayəsində xərçəngə çox faydalıdır. Araşdırmalar nəticəsində xərçəng hüceyrələrinin bu meyvə sayəsində 4 saat ərzində məhv edildiyi müəyyən edilib.

“Unikal” xəbər verir ki, sağlamlıq dünyasında super qida sayılan zoğal tərkibindəki zəngin antioksidantlar, vitaminlər və minerallar ilə tanınır.

Zoğal antioksidantları, iltihab əleyhinə və antibakterial xüsusiyyətləri ilə tanınsa da, son araşdırmalar bu meyvənin xərçənglə mübarizədə təsirli olduğunu ortaya qoyub.

Tədqiqatçılar zoğal ekstraktlarını insan döş xərçəngi hüceyrələri üzərində sınaqdan keçirib və nəticədə xərçəng hüceyrələrinin əksəriyyətinin cəmi 4 saat ərzində yox olduğunu müşahidə ediblər.

Zoğalın faydaları:
- Zoğal zəngin antioksidant mənbəyidir. Tərkibindəki C vitamini, A vitamini və digər antioksidantlarla bədəni sərbəst radikalların zərərli təsirlərinə qarşı qoruyur.
- Tərkibindəki vitaminlər və antioksidantlar sayəsində zoğal immunitet sistemini gücləndirməyə kömək edir.
- Qan təzyiqini aşağı salır, xolesterin səviyyəsini tarazlaşdırır və ürək-damar sağlamlığını dəstəkləyir.
- Zoğal sidik yolu infeksiyalarının qarşısını alır.
- Bədəndə iltihabı azaldır və bəzi iltihablı vəziyyətləri aradan qaldırmağa kömək edir.
- Xərçənglə mübarizədə dəstək verir.
- Liflə zəngin olduğu üçün zoğal həzm sisteminin sağlamlığını dəstəkləyir.

Zərifə Nağıyeva