Bəzi qidalar stress dönəmində insanlara yardımçı olar bilər.  Amerikalı mütəxəssislərin son araşdırmalarına görə, gərgin olduğunuz zaman bu 10 qidadan faydalana bilərsiniz. 

"Unikal" sözügedən qidaları təqdim edir:

Balqabaq toxumu: Stress əlamətlərini azaldan kortizol səviyyələrinin tənzimlənməsində rol oynayan maqneziumun əsas mənbəyidir. Stressli dövrlərdə qəlyanaltılarınıza bir ovuc balqabaq toxumu əlavə edin.

Yulaf: Südünüzə və ya qatığınıza serotonin səviyyəsini artıraraq stressi azaldan yulaf əlavə edərək daha sağlam yeməklər hazırlayın.

Qırmızı bibər: C vitamininin yaxşı mənbəyidir. Vitamin C qanda stress hormonu olan kortizol səviyyəsini aşağı salaraq stressi aradan qaldırmağa kömək edir. Stressli vaxtlarda yeməklərinizə və ya salatlarınıza qırmızı bibər qata bilərsiniz.  

Yaşıl Çay: Tərkibində əhval pozğunluqlarına müsbət təsir göstərən L-Theanine amin turşusu var. L-Theanine stressi azaldan serotonin və dopamin hormonlarının istehsalına kömək edərkən, beyində stresslə əlaqəli kimyəvi maddələrin səviyyəsini aşağı salaraq stress və narahatlığı azaldır. Ürək və ya təzyiq kimi xroniki sağlamlıq probleminiz yoxdursa, qəlyanaltı zamanı və ya günün əvvəlində yaşıl çay için.

Qızılbalıq: Stresslə mübarizədə aktiv rol oynayan D vitamini və Omeqa-3 yağ turşuları ilə zəngin olan qızılbalığı qril, qaynatma, bişirmə kimi sağlam bişirmə üsulları ilə hazırlayaraq həftədə ən az iki dəfə istehlak edin.

Tünd şokolad: Beyindəki serotonin və endorfin kimi bizi yaxşı hiss etdirən nörotransmitterlərin səviyyəsini artırır. Odur ki, stresli anlarda özünüzü daha yaxşı hiss etmək üçün qəhvənizlə ən azı 70 faiz kakao olan tünd şokoladı istehlak edin.

Yaşıl mərci: Əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edən selenium baxımından son dərəcə zəngin olan yaşıl mərciməkləri salatlarınızda və ya yeməklərinizdə istifadə edin. 

Kefir: Probiotik qidalar bağırsaq florasını tənzimləyərək stressi azaltmağa kömək edir. Kefir istehlak etməyi vərdiş halına gətirərək, təbii bağırsaq bakteriyalarına dəstək ola bilərsiniz. 

Qaragilə: Stresslə mübarizədə təsirli olan dopaminin istehsalına kömək edir. Sərbəst radikallarla mübarizə aparan antioksidanlarla zəngin olan qaragilələri smuzi və qatıqlarınıza əlavə edin.

Yumurta: Serotonin yaratmağa kömək edən bir amin turşusu olan triptofanın əsas mənbəyidir. Zəngin D vitamini, sink, maqnezium və selen qaynağı olan yumurtaları süfrənizdə saxlamaqla da stresslə mübarizə apara bilərsiniz.

Zərifə Nağıyeva