“Kabildə Azərbaycan səfirliyi açılıb”.

"Unikal" BBC-yə istinadən xəbər verir ki, bu gün Taliban hökumətinin Xarici İşlər Nazirliyi bildirib ki, Azərbaycanın Əfqanıstana təyin edilmiş səfiri İlham Məmmədov Taliban hökumətinin xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb.

Məlumata görə, bu barədə Taliban XİN-in sözçüsü Əbdül Kaxar Bəlxi öz “X” hesabında paylaşım edərək yazıb ki, Əfqanıstan və Azərbaycan arasında diplomatik əlaqələr başlayıb, iqtisadi əməkdaşlıq və digər məsələlər müzakirə edilib.

Qeyd olunub ki, Azərbaycan səfiri Kabildə Azərbaycan səfirliyinin açılması ilə bağlı rəsmi məktubu Əmir Xan Müttəqiyə təqdim edib.