Ustad şair Məmməd İsmayılın vəziyyəti pisləşib.

"Unikal" xəbər verir ki, bu barədə publisist Bahəddin Həzi sosial şəbəkədə məlumat yayıb.

"Ustad şair Məmməd İsmayılın ailəsinə yaxın olan şair Ehtiram İlhamla bir az əvvəl danışdıq. Şairin halı pisləşib. Ehtiram İlham deyir ki, Məmməd İsmayıla dövlətin diqqəti, dəstəyi lazımdır", - deyə Bahəddin Həzi bildirib. 

O, kömək üçün Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyinə müraciət edib.