Fevralın 15-nə keçən gecə Nizami rayonu ərazisindən “Oka” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. 

"Unikal" xəbər verir ki, Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Hüseyncan Məlikli və Fərid Qədirov rayon ərazisində avtomobillə saxlanılıblar.
Araşdırma aparılır.