Gəncədə müstəri üstündə taksi sürücülərinin arasında  dava düşüb, nəticədə iki nəfər bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə  şəhərin "Yeni Yevlax" avtovağzalı adlanan ərazisində baş verib. Belə ki, Bakı-Gəncə istiqaməti üzrə işləyən taksi sürücüləri olan 36 yaşlı Nadir Ciqarovla 44 yaşlı Samir İsmayılov arasında mübahisə düşüb. Mübahisənin sonunda hər iki şəxs bir-birilərinə bıçaqla xəsarət yetiriblər.  Onlar xəstəxanaya yerləşdiriliblər, hər ikisinin vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov