Azərbaycan və Ermənistan arasında davamlı sülh müqaviləsinin imzalanmasının bölgəmiz və dünyada sülh və sabitlik üçün yeni bir ümid olacağı şübhəsizdir.
"Unikal" xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.
Ərdoğanın sözlərinə görə, Türkiyə bu məsələdə Azərbaycanla birlikdə çiyin-çiyinə hərəkət edir: "Qarabağda işğalın sona çatması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açılıb. Bu fürsət pəncərəsinin bağlanmaması çox önəmlidir. Ermənistanın uzunmüddətli düşünərək strateji bir perspektiv üçün bunu dəyərləndirəcəyinə ümid edirəm. Üçüncü tərəfləri də danışıqları "zəhərləmək" yerinə əməli addımlar atmağa dəvət edirəm.
Ötən günlərdə iki ölkə sərhəddində baş verən təxribatların yenidən baş verməməsini ümid etdiyimizi də bildiririk. Yaralanan Azərbaycan hərbçisinə sağlamlıq diləyirəm".
Ağarza Elçinoğlu