Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət edib.
"Unikal" xəbər verir ki, bu təklifi Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı ifadə edib.
“Bir daha, əziz qardaşım, göstərdiyiniz qonaqpərvərliyə görə sizə təşəkkürümü bildirmək istəyirəm. Fürsətdən istifadə edərək sizi yenidən Azərbaycana dəvət etmək istəyirəm”, - dövlət başçısı vurğulayıb.