Səudiyyə Ərəbistanı ilk dəfə qadınların gözəllik yarışmasına qatılıb.
“Unikal” xəbər verir ki, Səudiyyə Ərəbistanından olan Rumi Əl-Qahtani adlı gənc qız “Miss Asia 2024”ə namizəd olub.
Gənc qızın səhnədə saçları səpələnmiş şəkildə yeriməsi “azadlıq əlaməti” kimi şərh edilib.
Səudiyyə Ərəbistanında ölkəni idarə edən vəliəhd şahzadə Məhəmməd bin Salmanın həyata keçirdiyi islahat hərəkatları yeni ölçüyə çatıb.
Zərifə Nağıyeva