Müştərilərinə davamlı olaraq yeni texnoloji həllər və xidmətlər təqdim etməyi hədəfləyən "Azercell"in “İstəSən” tarif paketində yeniliklər davam edir.

"Unikal" xəbər verir ki, istifadəçilərin istək və tələbatını nəzərə alan lider mobil operator ilk rəqəmsal tarif olan “İstəSən” paketində bu dəfə ödənişsiz WhatsApp yazışmaları üçün 1GB internet trafik əlavə edib. 

Bundan əlavə abunəçilər tarifin əsas internet həcmi bitdikdə “Kabinetim” tətbiqində tarifi həm mövcud dizaynda, həm də istədikləri yeni dizayna dəyişərək istifadə müddəti bitmədən asanlıqla yeniləyə biləcəklər. 

Qeyd edək ki, “İstəSən” ilk dəfə olaraq sərbəst dizayn edilə bilən, ölkədaxili dəqiqələri, mobil internet və ən populyar sosial şəbəkələr üçün meqabaytları özündə birləşdirən rəqəmsal məhsuldur. Tarif dizaynına dəyişiklikləri özünəxidmət tətbiqi olan “Kabinetim”-də etmək mümkündür. 

Abunəçilər paketin üzərinə danışıq dəqiqələri, əsas internet balansı, eləcə də Instagram/Facebook, YouTube və TikTok üçün internet əlavə etmək imkanına sahibdirlər.

Daha çox həcm əldə edərək, mobil rabitə xərclərinə daha çox qənaət etmək olur. Ətraflı məlumat üçün  https://www.azercell.com/az/personal/plans-and-services/mobile-tariffs/prepaid/istesen.html linkinə keçid alın.