HƏMAS-ın Qəzza zolağındakı rəhbəri Yəhya Sinvar fəraridir.

"Unikal" xəbər verir ki,  bunu İsrailin müdafiə naziri Yoav Qalant  Şimali Amerikadakı yəhudi təşkilatlarının rəhbərləri ilə görüşündə deyib. 

O, həmçinin qeyd edib ki, İsrailin yeganə məqsədi HƏMAS-ı məhv etməkdir.

“Yalnız HƏMAS üzərində qələbə bizə region ölkələri ilə münasibətlərin normallaşmasına və regional inteqrasiyaya nail olmağa imkan verəcək”, - deyə müdafiə departamentinin rəhbəri bildirib.