Ukrayna prezidenti Volodimir Zelenski yaxın vaxtlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə bilər. Görüşdə Ukrayna münaqişəsi müzakirə olunacaq.

"Unikal" xəbər verir ki, Türkiyənin TRT World telekanalının məlumatına görə, bunu Albaniyanın baş naziri Edi Rama deyib.

Türkiyə lideri Albaniya Nazirlər Kabinetinin rəhbərinin Ankaraya səfəri zamanı dəvət  alıb. O, Ərdoğana yaxın günlərdə Cənub-Şərqi Avropa ölkələrinin sammiti çərçivəsində prezident Zelenski ilə yüksək səviyyəli görüşün keçiriləcəyini bildirib. Rama bildirib ki, Türkiyə lideri dəvəti qəbul edib.

Yanvar ayında Ərdoğan Zelenski ilə telefon danışığı zamanı Ankaranın vasitəçi olmağa və Ukraynada sülhə nail olmaq üçün Rusiya ilə sülh danışıqları  aparmağa hazır  olduğunu açıqlamışdı.

Dekabrda Ərdoğan Türkiyə tərəfinin Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün İstanbul prosesini bir daha intensivləşdirməyə hazır olduğunu bəyan edib .