"Rusiya Könüllülər Korpusu"nun nümayəndələri Aleksey Navalnının ölümündən əvvəl onun koloniyadan qaçmasını təşkil etməyə çalışdıqlarını açıqlayıblar.

"Unikal" xəbər verir ki,  bu barədə "Baza" teleqram kanalı öz mənbələrinə istinadən məlumat yayıb. 

İddialara görə, könüllülər Navalnını Ukraynaya qaçıracaqmışlar. 

"Bunun qarşısı Rusiya Federal Penitensiar Xidmət və FTX-nin təhlükəsizlik tədbirləri ilə alınıb. Onların bu planı baş tutmayıb", -  kanal yazıb. 

Qeyd edək ki, Navalnının qaçmasının təşkili versiyası ekspertlər arasında skeptisizm yaradıb.

Rusiyalı müxalif siyasətçi Aleksey Navalnı fevralın 16-da həbsxanada dünyasını dəyişib. 

Gülayə Mecid