ABŞ-dən hərbi yardım göstərilməyəcəyi təqdirdə Ukraynanın B planı yoxdur.

"Unikal" xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski  “Fox News” telekanalına müsahibəsində deyib. 

"Oxşar bir şey tapmalı olacağıq, təbii ki, tapacağıq, sadəcə dayanmayacağıq, sağ qalmalıyıq. Paralel addımlar, paralel xətlər tapmalıyıq ", - deyə o qeyd edib. 

Bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov Qərb ölkələrini bütün silahlarını Ukrayna Silahlı Qüvvələrinə təhvil verməyə çağırıb.

Xatırladaq ki, ABŞ hazırda Kiyev rejiminə növbəti hərbi yardım paketinin ayrılmasını müzakirə edir. Senat müvafiq qanun layihəsini təsdiqləyib, lakin Nümayəndələr Palatası təşəbbüslə razılaşmadan fasilə verib. 

Gülayə Mecid