Ankarada ata yeddi yaşlı oğlunu girov götürüb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, azyaşlı hüquq-mühafizə orqanlarının əməliyyatından 12 saat sonra xilas edilib.
Psixoloji problemləri olduğu və narkomaniyadan əziyyət çəkdiyi iddia edilən 35 yaşlı H.V-nin üzərində silah aşkarlanıb. Oğlan isə anasına təhvil verilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.