İrəvanda bomba həyəcanı yaşayıb.

"Unikal" xəbər verir ki, Məmurlara ağacın altında partlayıcıya bənzər əşyanın olması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin əməkdaşları Gülbenkian 33 ünvanında yerləşən binanın yaxınlığında bomba axtarırlar.
KİV-in məlumatına görə, binada hakim “Mülki müqavilə” fraksiyasından olan deputat Qurgen Arsenyana məxsus ofislər yerləşir.