Ermənistanın müdafiə naziri Suren Papikyan İrəvanda səfərdə olan fransalı həmkarı Sebastyan Lekornu ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan MN-in mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Sebastyan Lekornu dünən İrəvana səfərə gedib və bu, Fransa müdafiə nazirinin Ermənistana tarixdə ilk səfəridir.

***00:04

Fransanın müdafiə naziri Sebastyan Lekornunun başçılıq etdiyi nümayəndə heyəti rəsmi səfərlə İrəvana gedib.

"Unikal" erməni mediasına istinadən xəbər verir ki, fransalı naziri İrəvanın Zvartnots hava limanındaErmənistanın Baş Qərargah rəisi və müdafiə nazirinin birinci müavini Edvard Asryan qarşılayıb.

Sabah İrəvanda Lekornu ilə Ermənistan hərbi rəhbərliyi arasında danışıqlar keçiriləcək.

Nuranə Abbasova