Kanadanın Kalqari şəhərində yaşayan Tim Çen həftədə iki dəfə Vankuverdəki Britaniya Kolumbiyası Universitetinə təyyarə ilə gedir.  

"Unikal" xəbər verir ki, eşidənləri heyrətə salan hadisə ilə bağlı danışan Çen təyyarə biletinin qiymətinin Vankuverdə kirayə pulu ödəməkdən daha ucuz olduğunu bildirib.

O, gediş-dönüş biletlərini orta hesabla 150 dollara alır. Biletlərə aylıq 1200 dollara yaxın xərclədiyini bildirən tələbə, Vankuverdə bir otaqlı mənzilin orta kirayəsinin isə 2 min 100 dollar civarında olduğunu söyləyib. 

Gülayə Mecid