"İndi seçki olsa, insanlar məni seçəcək. Bilirsiniz, mən hakimiyyətdə qalmağa çalışmıram, çünki seçki olsa, qalib gələcəyəm".

"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski cəbhə xəttinin cəmi bir neçə kilometrliyində Amerikanın məşhur “Fox News” telekanalına müsahibəsində deyib. 

Onun sözlərinə görə, "seçkiləri heç kim” ləğv etməyib, lakin Ukrayna qanunvericiliy ölkədə hərbi vəziyyət elan olunduğu halda onların keçirilməsinə qadağa qoyur.