2023-cü il ərzində Ermənistan Silahlı Qüvvələrində döyüş şəraitində 19, qeyri-döyüş şəraitində isə 64 hərbçi ölüb. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan hökumətinin hesabatında qeyd olunub. 

Qeyd olunub ki, il ərzində 3 hərbçi əsir geri qaytarılıb.

“Global Firepower” beynəlxalq analitik şirkətinin hərbi güc reytinqinə görə, cari ildə Ermənistan 145 ölkə arasında 102-ci yerdədir. Azərbaycan isə bu sıralamada 59-cu yeri tutub. 

Ağarza Elçinoğlu