ABŞ Ukraynada davam edən müharibə və Aleksey Navalnının ölümü ilə əlaqədar Rusiyaya qarşı 500-dən çox yeni sanksiya tətbiq edib.

"Unikal" xəbər verir ki, bu barədə məlumat Ağ Evin rəsmi internet saytına yerləşdirilmiş bəyanatda qeyd olunub. 

Bildirilir ki, bu sanksiyalar Navalnının həbsi ilə əlaqəli şəxsləri, Rusiyanın maliyyə sektorunu, müdafiə sənayesi bazasını, satınalma şəbəkələrini və müxtəlif qitələrdə Moskvanın sanksiyalardan yayınmasına yardım edənləri hədəfə alıb.