Avropa Liqası həyəcanından sonra həftəsonu diqqətlər yenidən Azərbaycan çempionatına yönəlib.
"Unikal" xəbər verir ki, bu gün Misli Premyer Liqasında XXIV turun oyunları start götürüb.
Turun açılış günündə bir matç baş tutub ki, "Kəpəz" və "Qəbələ" komandaları üz-üzə gəliblər. Autsayderlərin dueli elitada qalmaq baxımından prinsipiallıq daşıyırdı.
Gəncə təmsilçisi bu qarşılaşmada nominal meydan sahibi olacaq. Görüş elə gəncəlilərin qələbəsiylə yekunlaşıb.
Gəncəlilər 23 xalla 9-cu, "Qəbələ" isə 15 xalla 10-cu pilədə qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunları fevralın 24-25-də reallaşacaq.