Qəzza zolağının mərkəzindəki Deyr əl-Bələh şəhərində mülki şəxslərin sığındığı binaya İsrail ordusunun təşkil etdiyi hücumda 24 fələstinli həyatını itirib.

"Unikal" xəbər verir ki, İsrail oktyabrın 7-də Qəzza zolağına qarşı başladığı hücumlarını davam etdirir . Bütün dünyanın reaksiyasına baxmayaraq, dinc sakinləri hədəf alan İsrail qüvvələri fələstinlilərin sığındığı binanı hədəfə alıb.

Qəzza zolağının mərkəzindəki Deyr əl-Bələh şəhərində Əbu Zuaiter ailəsinə məxsus binaya edilən hücumda əksəriyyəti qadın və uşaq olmaqla ən azı 24 fələstinli həyatını itirib. Hücum zamanı çoxlu sayda fələstinli də yaralanıb.