Polşa Respublikasının Krakov şəhərində Azərbaycan Evinin açılış mərasimi keçirilib.
Bu barədə "Unikal"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
İlk olaraq Azərbaycanın və Polşanın dövlət himnləri səsləndirilib, Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, eləcə də diplomatik korpusun, Azərbaycan diasporunun, yerli ictimaiyyətin və müxtəlif icmaların nümayəndələri iştirak ediblər.
Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova çıxışında Azərbaycan Evinin Krakov və ətraf şəhərlərdə yaşayan həmvətənlərimizin bir araya gəlməsi, milli maraqlar uğrunda birgə fəaliyyət göstərməsi və ölkəmizin mədəniyyətinin təbliği baxımından uğurlu məkan olacağına, Polşa azərbaycanlılarının vahid platforma ətrafında birləşməsində böyük rol oynayacağına inamını ifadə edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Polşanın paytaxtı Varşavada 2019-cu ildən fəaliyyət göstərən Azərbaycan Evinin soydaşlarımızın təşkilatlanmasında, Vətəndən uzaqda böyüyən azərbaycanlı uşaqlara ana dilinin, Azərbaycan tarixinin aşılanmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Komitə sədri Polşada sayca ikinci Azərbaycan Evinin açılması münasibətilə soydaşlarımızı təbrik edib və bunun dövlətimizin soydaşlarımıza qayğısının təzahürü olduğunu bildirib. Komitə sədri Prezident İlham Əliyevin tövsiyəsinə uyğun olaraq xaricdə yaşayan azərbaycanlıların daha səmərəli təşkilatlanması üçün hər il dünyanın dörd bir yanında Azərbaycan evlərinin, həftəsonu məktəblərinin açıldığını qeyd edib və tədbirdə iştirak edən soydaşlarımızı istər yaşadıqları ölkənin ictimai həyatına inteqrasiya, istərsə də Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması məsələsində daha aktiv olmağa çağırıb. Azərbaycan evlərinin, bu evlərin nəzdində fəaliyyət göstərən ana dili məktəblərinin fəaliyyəti, azərbaycanlılara göstərilən pulsuz hüquqi yardım təşəbbüsü yüksək qiymətləndirilib.
“Xarı Bülbül” Dünya Azərbaycanlılarının Mədəniyyət Assosiasiyasının sədri, Polşa Azərbaycanlıları Koordinasiya Şurasının Krakov üzrə əlaqələndiricisi Sedat Şamilli çıxışında Azərbaycan Evinin açılması xəbərinin Krakov və ətraf şəhərlərdə yaşayan soydaşlarımız tərəfindən sevinclə qarşılandığını qeyd edib, xaricdə yaşayan azərbaycanlılar adından göstərilən diqqət və qayğıya görə dövlətimizə təşəkkürünü bildirib, Krakov Azərbaycan Evinin çoxsaylı tədbirlərə ev sahibliyi etməyə hazır olduğunu vurğulayıb.
Tədbirdə Polşa Azərbaycanlıları Assosiasiyasının rəhbəri Xəlil Həsənova “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim edilib.
Açılış mərasimindən sonra qonaqlara Azərbaycan və polyak bəstəkarların əsərlərindən ibarət musiqilər təqdim olunub.
Qeyd edək ki, hazırda dünyanın 16 ölkəsində 28 Azərbaycan Evi fəaliyyət göstərir və bu evlər Azərbaycan mədəniyyətinin təbliği, Azərbaycan həqiqətlərinin dünyaya çatdırıması məqsədilə keçirilən çoxsaylı tədbirlərə ev