Ukrayna prezidenti Volodimir Zelenski iki il əvvəl, 2022-ci il fevralın 24-də Ukrayna ordusu ilə Rusiya desantları arasında ilk döyüşlərin başladığı Qostomel hava limanından videomüraciət yayıb.

"Unikal" xəbər verir ki, bu barədə prezidentin sosial hesabında paylaşım edilib. 

"İki il əvvəl biz burada düşmənin enişini atəşlə qarşıladıq. İki ildən sonra biz dostlarımızı və həmkarlarımızı burada salamlayırıq. Biz qalib gələcəyik", - deyə Ukrayna lideri qeyd edib. 

Ağarza Elçinoğlu