Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə şəhərin “4 Yol” Ticarət Mərkəzinin qarşısında qeydə alınıb.
Belə ki, avtomobil velosiped sürən Naxçıvan şəhər sakini, 1967-ci il təvəllüdlü Bağırov Zakir Ramiz oğlunu vurub.
O, Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.