Futbol üzrə Türkiyə Superliqasında 27-ci turun oyunları davam edir.
"Unikal" xəbər verir ki, "Fənərbağça" doğma meydanda "Kasımpaşa"ya 2:1 hesabı ilə qalib gəlib.
Hesabı qonaqların heyətində 58-ci dəqiqədə Jakson Porozo açıb. Meydan sahibləri 64-cü dəqiqədə Mərt Hakan Yandaşın vurduğu qolla hesabı bərabərləşdirib. Matçın yekun nəticəsini 90+6-cı dəqiqədə Mişi Batşuayi müəyyənləşdirib.
Qeyd edək ki, bu nəticədən sonra turnir cədvəlinə 70 xalla "Fənərbağça" rəhbərlik edir. Rəqibindən bir oyun az keçirən "Qalatasaray" isə 2-ci yerdədir.