Ukrayna “sülh formulu” üzrə liderlərin ilk sammiti yazda keçiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

O qeyd edib ki, sammitdə plan hazırlanacaq, sammitdən sonra bu plan yekunlaşdırılaraq danışıqlarçılar tərəfindən Rusiya Federasiyasına veriləcək.

"Bu, Rusiyanın bu sənədi qəbul edəcəyi anlamına gəlmir", - Zelenski qeyd edib.

Zelenski həmçinin bildirib ki, Ukraynanın “bir ay ərzində” Konqresdə Amerika yardımının qarşısının alınması lazımdır.

Bundan əvvəl Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Ermak etiraf etmişdi ki, Rusiya Ukraynanın “sülh formulu” üzrə ikinci sammitə dəvət oluna bilər. Onun sözlərinə görə, Kiyev liderlər səviyyəsində keçiriləcək Ukrayna “sülh formulu” üzrə ilk sammitə 160-dan çox ölkəni dəvət etməyi planlaşdırır.