Fevralın 24-də gecə saatlarında Buzovna qəsəbəsi ərazisindən “Opel” markalı avtomobilin qaçırılması barədə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə məlumat daxil olub.

DİN-dən "Unikal"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən yeniyetmə Nəsimi rayonu ərazisində avtomobillə saxlanılıb. 

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır