İrəvan KTMT-dən inciməməlidir. 

"Unikal" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib. 

Dövlət başçısı qeyd edib ki, bu mövzu bir neçə dəfə müzakirə olunub və başa düşmək lazımdır ki, Azərbaycan KTMT-nin bütün üzvləri üçün yad ölkə deyil: "KTMT-də çoxlu müsəlman ölkələri var, siz də başa düşürsünüz ki, müvafiq mövqe qismən də buradan qaynaqlanır. Üçüncüsü, İrəvan bizim Ermənistanla Azərbaycan arasında müharibəyə qarışmağımızı istəyirdimi? Belə olan halda müharibə indiyədək davam edərdi və minlərlə insan həlak olardı". 

O qeyd edib ki, Ermənistanda hökumət sistemi elə qurulub ki, KTMT-yə üzvlük məsələsi parlamentdə həll olunmalıdır: "Buna Paşinyan qərar verə bilməz. Düşünürəm ki, Ermənistan parlamentində ağıllı insanlar çoxluq təşkil edir. Bizə, KTMT-yə qarşı heç bir şikayət ola bilməz". 

Ağarza Elçinoğlu