Ukrayna böhranı bilərəkdən və ya bilməyərəkdən nüvə müharibəsinə çevrilə bilər.

"Unikal" xəbər verir ki,  bu barədə ICAN (Nigeriya Mühasiblər İnstitutu) eksperti Alisiya Sanders-Zakre məlumat yyaıb.  

Ötən ilin yanvarında Rusiyanın BMT-dəki daimi nümayəndəsi Gennadi Qatilov bildirib ki, nüvə müharibəsinin ən böyük riski hazırda ABŞ və NATO-nun Ukrayna böhranında eskalasiya strategiyası ilə bağlıdır və bu, birbaşa hərbi qarşıdurmaya səbəb ola bilər.  

Sanders-Zakre hesab edir ki, son iki ildə nüvə eskalasiyası ilə bağlı təhlükəli davranış ritorikasında artım müşahidə olunur.

“Bütün nüvə silahına malik dövlətlər və onların müttəfiqləri qısamüddətli ritorika və hərəkətlərində ehtiyatlı olmalı və nüvə arsenallarını ləğv etməlidirlər ki, bu, nüvə eskalasiyasının qarşısını almağın yeganə etibarlı yoludur”, - ICAN eksperti qeyd edib 

Onun sözlərinə görə, bu gün nüvə silahından istifadə riski çox yüksəkdir, xüsusən nəzərə alsaq ki, bütün nüvə dövlətləri əvvəlkilərdən qat-qat təhlükəli olan yeni silah növləri yaradıblar və ixtiyarında belə silahlara malik olan bir sıra dövlətlər bu işə cəlb olunub.  

Mütəxəssis hesab edir ki, nüvə müharibəsinin qarşısını almağın yeganə yolu nüvə silahını ləğv etməkdir.

Gülayə Mecid