Qərbin qlobal hegemonluğu dövrü Ukraynada müharibənin başlaması və Qəzza zolağında münaqişə ilə başa çatıb. 

"Unikal" xəbər verir ki, bunu Aİ-nin diplomatik xidmətinin rəhbəri Josep Borrell deyib. 

"Mövcud geosiyasi gərginlik Qərblə dünyanın qalan hissəsi arasında qarşıdurmaya doğru təkamül etməkdə davam edərsə, Avropa öz təhlükəsizliyinə təhdidlər baxımından qaranlıq gələcəklə üzləşəcək. Qərbin üstünlüyü dövrü nəhayət başa çatdı. Biz bunu nəzəri cəhətdən başa düşürük, bu yeni reallıqdan heç də həmişə əməli nəticə çıxarmırıq", - o qeyd edib. 

Ağarza Elçinoğlu