“Real”ın yarımmüdafiəçisi Lukas Vaskes VAR sisteminin tənqid edib.
"Unikal" “Relevo”ya istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi VAR-ın futbolu çirkləndirdiyini bildirib:
“VAR-ın gəlişi ilə mübahisələrin bitəcəyini düşünürdük, amma bunlar daha da çoxalıb. İspan futbolunda hakimlər yüksək səviyyəlidir, lakin VAR-ın gəlişi ilə hər şey çirkaba batdı”.
Qeyd edək ki, Lukas Vaskes “Real”da 4 dəfə Çempionlar Liqası və İspaniya Superkubokunu, 3 dəfə Klublararası dünya kubokunu, UEFA Superkubokunu və La Liqanı, bir dəfə isə İspaniya kubokunu qazanıb.