Biləsuvar rayonunun Yuxarı Ağalı kəndinin ərazisindəki su arxının yaxınlığından silah-sursat tapılması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı 1 ədəd "Kalaşnikov" konstruksiyalı avtomat, 9 ədəd daraq və 293 ədəd patron aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi məqsədilə keçirdikləri profilaktiki tədbirlər nəticəsində 3 nəfər rayon sakini qanunsuz saxladıqları ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.