Gəncədə kürəkən yoldaşını və qayınatasını bıçaqlayıb.

"Unikal" xəbər verir ki, hadisə kəlbəcərlilərin məskunlaşdığı Yeni qəsəbədə qeydə alınıb.

Kəlbəcər sakinləri 1974-cü il təvəllüdlü Zəfər Əliyev və onun qızı 1997-ci il təvəllüdlü Ayşən Mirzəyeva bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə hər iki şəxs ailənin kürəkəni - 1997-ci il  təvəllüdlü Kəlbəcər rayon sakini Mirzəyev Məhəmməd törədib.

Onun  saxlanılması istiqamətində axtarışlar davam edir .

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov