Ermənistanda Rusiya vətəndaşının avtomobilləri qarət edilib.

"Unikal" xəbər verir ki, hadisə İrəvan ətrafında yerləşən “Arınj Mall” ticarət mərkəzinin ərazisində baş verib.
47 yaşlı V.Axmetzyanov polisə müraciət edərək bildirib ki, ona məxsus "Volvo" və "Mercedes" markalı avtomobillərin ehtiyat hissələrini çıxarıblar.
lkin məlumatlara görə, oğurlanmış ehtiyat hissələri 5,2 milyon dram (10 min dollardan çox) dəyərində qiymətləndirilir.