Baş nazir qeyd edib ki, bizim faktiki KTMT-də iştirak etməməyimiz donmuş münasibətləri ifadə edir.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib. 

Spikerin sözlərinə görə, Ermənistanın KTMT-yə verdiyi sual cavabsız qalıb: "KTMT-nin məsuliyyət sahəsi nədir? Gəlib görmək istəmirsiniz ki, bu nədir? Ermənistanın sərhədini bilirsinizmi? Ermənistan hansı sərhəddən KTMT-yə üzv olub? O suala cavab olana qədər KTMT özü əlaqəsini kəsib və işləmir".

Simonyan jurnalistin "Ermənistan niyə KTMT-dən çıxmır?" sualına belə cavab verib: "Gözləyirik, görək nə olacaq. Çox şey var ki, deyə bilmərəm, amma mən və Ermənistan rəhbərliyi hər bir vətəndaşın KTMT-yə olan qəzəbini və münasibətini tam bölüşürük.

Daim hansısa ölkəyə bağlı olmağı xəyal etməyimizin məntiqini anlamıram. Biz əvvəlcə belə etdik və məqamı gələndə müttəfiqimizin həm də çox şeylərə göz yumduğunu gördük". 

Ağarza Elçinoğlu